BİRJA

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika
29 İYUN
490

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika

2017-06-29 16:49:00

Fins.az iyun ayının 29-na “AzFinance Investisiya Şirkəti” tərəfindən hazırlanmış beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitikanı təqdim edir.

Beynəlxalq bazarlar 
Bazarlarda əhval-ruhiyyəni dünən mərkəzi banklar saldılar. Qlobal tənzimləyicilərin son şərhləri investorları risk-on qoyulmalarına təhrik etdilər, bunun fonunda ABŞ indeksləri iki ay ərzində ən böyük artım göstərdilər. S&P 500 indeksi 0,9% artdı, bank sektorunun səhmləri mart maksimumlarına qədər qalxıblar. Texnoloji səhmlər enişdən sonra yuxarı çevriliblər, Nasdaq 1,4% artırıb. Aşağı kapitalizasiyalı şirkətlərin səhmləri ralli ediblər: Russel 2000 indeksi 1,6% qalxıb.

Pozitiv hallar Asiya ticarət meydanlarındada öz əksini tapıb: Çin, Yaponiya, Cənubi Koreya indeksləri səhər qalxırlar, liderlər sırasında maliyyə və texnoloji sektorlardır.

AMB-nin başçısı M.Draginin inflyasiyanın artması və stimullaşdırmanın azaldılması haqda şərhlərində öncə qalxan avro, dünən Avropa tənzimləyicisinin bazarların M.Dragini düzgün başa düşməməsi haqda bəyanətlərindən sonra avro gün ərzində ucuzlaşıb. Lakin, nəticədə, vahid valyuta İngiltərə bankının idarəçisi M.Karninin dərəcələrin yaxın vaxtlarda artırılmasına ehtiyac olduğu haqda bəyanətində əks istiqamətə çevirilib. Bunun fonunda funt bahalaşıb, avro illik maksimumlar səviyyəsində ticarət olunur. Kanada dollarıda Kanada bankının başçısının dərəcələrin artırılması haqda bəyanətlərində qalxıb.  
 
Neft

Amerika neft institutunun dünən proqnozlaşdırdığı kimi, ABŞ-da xam neftinin ehtiyatları qalxıb (+0,1 mln. barrel həftə ərzində). Bununla belə, bazar iştirakçıları benzin ehtiyatlarının statistikasına diqqət yetiriblər, məlumatlar benzinin 0,9 mln.barrel azalmasını göstərib: neft 0,8% artaraq hazırda 47,8$ səviyyəsində ticarət olunur.  

Beynəlxalq birjalarda ticarət etmək “AzFinance İnvestisiya Şirkəti” vasitəsi ilə mümkündür.

Telefon(012) 310-33-30

www.afi.az  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285