BİRJA

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika
21 İYUN
537

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika

2017-06-21 15:49:00

Fins.az iyun ayının 21-nə “AzFinance Investisiya Şirkəti” tərəfindən hazırlanmış beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitikanı təqdim edir.

Beynəlxalq bazarlar 

ABŞ səhmləri maksimumlardan geri çəkildilər, bir faizə yaxın itirərək – ay ərzində ən çox, bu neft bazarında “ayı” əhvalının olması fonunda baş verib. FED nümayəndələri öz çıxışlarında mülayim “qırğı” şərhlər verməyə davam edirlər, öz növbəsində, dollara dəstək verərək. Əsas Avropa indeksləri minusda bağlanıblar. MSCİ 2018-ci ilin may ayından Çinin 222 A-dərəcəli səhmlərini qlobal indekslərin hesablamasına daxil edəcək. İndeks-provayder həmçinin Argentina səhmləri üzrə qərarı təxirə saldı və Səudiyyə Ərəbistanını müşahidə siyahısına əlavə etdi. MSCİ-nin qərarı Çinin qlobal maliyyə sistəminə inteqrasiya olunmasına mühüm addımdır, lakin onun effekti qisa müddətli perspektivdə xarici kapital axının artması üçün aşağı qiymətləndirilir. Çin indeksləri bu xadisəyə çox güclü reaksiya göstərmədilər, indekslər səhər 0,5%-1,0% çərçivəsində artırırlar, yarım faiz itirən Honq Konq indeksi Hang Seng-dən başqa. Digər Asiya meydanları neqativ dinamika nümayiş edtirirlər.  

Neft 

ABŞ ehtiyatlarının məlumatları ərəfəsində Brent-in barreli $45,9 qədər düşüb, Amerika neftçiləri tərəfindən hasilatın artırması ilə bağlı narahatlığların fonunda əlavə 0,3% itirərək. Xatırladaq ki, hesablamalara görə, $40-45 səviyyəsi ABŞ-ın bəzi şist yataqlarında hasilatı səmərəsiz edir.

Beynəlxalq birjalarda ticarət etmək “AzFinance İnvestisiya Şirkəti” vasitəsi ilə mümkündür.

Telefon(012) 310-33-30

www.afi.az  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285