BİRJA

Maliyyə Nazirliyinin istiqrazlarına tələb kəskin artdı – HƏRRAC
20 İYUN
338

Maliyyə Nazirliyinin istiqrazlarına tələb kəskin artdı – HƏRRAC

2017-06-20 16:51:00

Maliyyə Nazirliyinin qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib. Bu barədə Fins.az-a Bakı Fond Birjasından bildirilib. Məlumata görə, hərrac zamanı 9 investor tərəfindən 17 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 29,955,800 manat təşkil edib.

Sifarişlər 92.2253 AZN (16.9999%) və 94.39870 AZN (16.9999%) qiymət intervalında təqdim edilib.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 94.3099 AZN (12.1668%), orta ölçülmüş qiyməti 94.3574 AZN (12.0591%) təşkil edib.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 21.06.2017 (t+1) tarixində həyata keçiriləcəkdir.

İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 10,000,000.00 AZN təşkil edib.

İstiqrazların ödəmə tarixi 19.12.2017-ci ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0063
  • ₽ RUB
    0.0296