BİRJA

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika
20 İYUN
326

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika

2017-06-20 14:53:00

Fins.az iyun ayının 20-nə “AzFinance Investisiya Şirkəti” tərəfindən hazırlanmış beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitikanı təqdim edir.

Beynəlxalq bazarlar 
 
Texnoloji şirkətlərin səhmləri iki həftə davam edən enişdən sonra əks istiqamətə çeviriliblər, bunun fonunda Nasdaq, 1,4% artaraq, noyabr ayından ən yaxşı nəticə göstərib. S&P 500 və Dow Jones tarixi maksimumları yenilədilər. Avropa ticarət meydanlarıda həmçinin yaşıl zonada bağlanıblar. Səhər Yapon səhmləri 2015-ci ilin avqustundan öz maksimum nəticələrini göstəriblər, Samsung Electronics Co. liderlər sırasındadır. Zəifləyən yenada həmçinin Yapon indekslərinə dəstək verib. MSCİ-nin Çin səhmlərinin qlobal indekslərə qoşulması haqda qərarı ərəfəsində qalxan Honq Konq və Şanxay səhmləri, səhər aşağıya korreksiya olunurlar. İndeks-provayderin qərarı bu gün saat 23:30-da gözlənilir. Avstraliyanın S&P/ASX 200 indeksi maliyyə sektorunun səhmlərinin  başçılığı altında 0,8% itirib, bu Moody's agentliyinin ölkənin ən iri banklarının reytinqlərini aşağı salması fonunda baş verib.

Neft
 
Brent səhər 0,1% artırmışdır, lakin hal-hazırda neftin qiyməti, 2% yaxın düşərək, 46$-dan aşağı səviyyədə ticarət olunur. 
Səudiyyə Ərəbistanının Energetika Nazirliyinin başçısı bəyan edib ki, bazar düzgün istiqamətdə hərəkət edir və dünya neft bazarının yenidən balanslaşdırılması 2017-ci ilin dördüncü kvartalında baş tutacaq. Eyni zamanda, cümə günü dərc olunmuş Baker Hughes-un qazma qurğularının artımını göstərən hesabatı onu göstərir ki, OPEC tərəfindən hasilatın azaltması ABŞ-da hasilatın artması ilə kompensasiya edilə bilər.    

Beynəlxalq birjalarda ticarət etmək “AzFinance İnvestisiya Şirkəti” vasitəsi ilə mümkündür.

Telefon: (012) 310-33-30

www.afi.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7008
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287