BİRJA

"Amazon"un səhmləri rekordu təzələdi – QİYMƏT
20 İYUN
146

"Amazon"un səhmləri rekordu təzələdi – QİYMƏT

2017-06-20 09:24:00

Nyu-York birjasında əməliyyat görən Amazon-un səhmləri cümə gününü 987,71 dollardan bağlamasının ardından, dünən 3 faiz artaraq 1017,00 dollara qədər yüksəlib.

Beləliklə, şirkətin səhmləri tarixdə ikinci dəfə min dolların üzərinə çıxaraq yeni bir rekord qırıb, şirkətin bazar dəyəri də 498 milyard dollara çatıb. 

Fins.az xəbər verir ki, şirkətin 1 səhminin dəyəri 30 Mayda ilk dəfə min dolların üzərinə qalxaraq 1001,20 dollar olmuşdu. 

Mütəxəssislər, cümə günü Amazon-un ölkənin ən böyük qida sahəsində pərakəndə şəbəkələrindən olan "Whole Foods"u 13,7 milyard dollara satın alacağını bildirməsinə işarə edərək, \Amazon-un pərakəndə nəhəngi "Walmart"ı ərzaq sahəsində geridə qoya biləcəyini ifadə edirlər.

ABŞ-ın "Needham & Company" şirkətinin aprel ayında dərc etdiyi araşdırma hesabatına görə, 2016-da Amerikanın pərakəndə sektorunda 34 faiz payı olan Amazon-un sektordakı bazar payının 2021-ci ildə  50%-ə çıxacağı ehtimal edilir.

 Apple, Google-ın baş təşkilatı Alphabet və Microsoft-dan sonra Amazon dünyanın ən dəyərli 4-üncü şirkətidir.

© Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+25°C
  • $ USD
    1.7022
  • € EUR
    1.8999
  • ₽ RUB
    0.0285