"BRICS" ölkələrinin (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) maliyyə nazirləri 10 mlrd. ABŞ dolları həcmində dövlət istiqraz fondunun yaradılması barədə razılığa gəliblər. Bbunu Rusiyanın maliyyə naziri Anton Siluanov "BRICS " ölkələri maliyyə nazirləri və mərkəzi bankların rəhbərlərinin Şanxay görüşünün nəticələri haqqında açıqlama verərkən bildirib.
Nazir qeyd edib ki, Rusiyanın Fondda payı 18% təşkil edəcək. Fondun "BRICS" ölkələrinin iqtiqraz bazarlarını dəstəkləmək üçün yaradıldığı bildirilir. A.Siluanov həmçinin qeyd edib ki, Fond daha çox borc bazarı zəif olan ölkələr üçün sığorta mexanizmi rolunu oynayacaq: "Fonddakı vəsaitlər istiqraz emissiyalarına zəmanət verməyə və onlara inam yaratmağa çalışacaq".
© Report