BİRJA

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika
19 İYUN
171

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika

2017-06-19 14:09:00

Fins.az iyun ayının 19-na “AzFinance Investisiya Şirkəti” tərəfindən hazırlanmış beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitikanı təqdim edir.

Beynəlxalq bazarlar

Cümə günü Amazon.com İnc. (+2,5%) tərəfindən Whole Foods Market Inc. (+29%) ərzaq şəbəkəsinin alınması əməliyyatı ABŞ bazarında diqqət mərkəzində olub. Bunun fonunda digər pərakəndəçilərin (Wal-Mart, Target, Costco) səhmələri S&P 500 iştirakçıları arasında düşmə liderləri sırasında oldular. İldə dörd dəfə keçən Quadruple Witching, bir gündə dörd maliyyə alətləri (indeks opsionları, indeks fyuçersləri, səhmlərin fyuçersləri və opsionları) üzrə kontraktların ekspirasiyası, S&P 500 indeksini ticarətin son qəqiqələrində zəif artıma çıxarda bildi. Yüksək texnologiyalı Nasdaq ardıcıl ikinci həftə düşüb. Avropa indeksləri beşinci günü yaşıl zonada bağlayıblar. Bazar günü seçkilərin ikinci turunda Fransa prezidentinin E.Makronun partiyası parlamentin aşağı palatasında yerlərin əksəriyyətini qazanıb. Asiya ticarət meydanları səhər müsbət dinamika göstərirlər. Yaponiyanın Nikkei indeksi zəif yena fonunda 0,6% artırır. Şanxay və Honq Konq indeksləri MSCİ-nin Çin səhmlərinin qlobal indekslərə daxil olması barədə qərarı ərəfəsində qalxıblar

Neft

Neft səhərə 0,3% itki ilə başlayıb, Brentin barreli 47,2səviyyəsində ticarət olunurXammal kotirovkaları ardıcıl dördüncü həftə düşüb, bu OPEC razılaşmasının səmərəliyi barədə investorların şübhələnməsi və ABŞ-da ehtiyatların artması ilə bağlı narahatlığların fonunda, həmçinin Liviyada hasilatın artırılması (Liviya Milli Neft Şirkəti bildirib ki, hasilatı sutkada 1 mln. barrel artıracaq).

Beynəlxalq birjalarda ticarət etmək “AzFinance İnvestisiya Şirkəti” vasitəsi ilə mümkündür.

Telefon: (012) 310-33-30  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7022
  • € EUR
    1.8999
  • ₽ RUB
    0.0285