BİRJA

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika
14 İYUN
353

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika

2017-06-14 15:42:00

Fins.az iyun ayının 14-nə “AzFinance Investisiya Şirkəti” tərəfindən hazırlanmış beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitikanı təqdim edir.

Beynəlxalq bazarlar

 
ABŞ indeksləri iki gün davam edən kotirovkaların düşməsinin ardını kəsib, bu texnoloji şirkətlərin son iki gündə baş verən güclü enmədən sonra bərpa olunması ilə əlaqədərdir. Dow Jones və S&P 500 maksimumları yenilədilər. Avropa ticarət meydanlarıda həmçinin pozitiv dinamika göstəriblər. Funt sterlinq ilk dəfə Britaniya seçkilərindən sonra qısa müddətli qalxıb, lakin səhər məzənnənin düşməsi bərpa olunub. Dollar FED-in bugünkü iclası ərəfəsində dünya valyutalarına qarşı ucuzlaşıb, faiz dərəcələri tənzimləyici tərəfindən gözlənildiyi kimi qaldırılacaq. Asiya indeksləri vahid dinamika göstərmirlər.

Neft

Çərşənbə axşamı dərc olunmuş Amerika Neft İnstitutunun ilkin məlumatları ABŞ xammal ehtiyatlarının 2,75 mln.barrel artımını göstərib, bunun fonunda neft aşağıya doğru qayıdıb. Səhər, 0,5% itirərək, Brentin barreli 48,3$ səviyyəsində ticarət olunur. Bu günün ikinci yarısı ABŞ-ın Energetika Nazirliyi tərəfindən ehtiyatlar üzrə rəsmi məlumatlar gözlənilir.

Beynəlxalq birjalarda ticarət etmək “AzFinance İnvestisiya Şirkəti” vasitəsi ilə mümkündür.

Telefon: (012) 310-33-30  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+25°C
  • $ USD
    1.7022
  • € EUR
    1.8999
  • ₽ RUB
    0.0285