BİRJA

Maliyyə Nazirliyinin istiqrazlarına tələb kəskin artdı
13 İYUN
329

Maliyyə Nazirliyinin istiqrazlarına tələb kəskin artdı

2017-06-13 17:54:00
İyun ayının 13-də  Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 5 milyon manat həcmdə ortamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Bu barədə Fins.az-a  Bakı Fond Birjasından bildirilib. Məlumata görə, hərrac zamanı 7 investor tərəfindən 12 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 23,772,700 manat təşkil edib. Başqa sözlə tələb təklifdən 4,7 dəfə çox olub.
Sifarişlər 96.7244 AZN (17.0000%) və 101.5908 AZN (14.0600%) qiymət intervalında təqdim edilib.
Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 100.8420 AZN (14.5000%), orta ölçülmüş qiyməti 101.0609 AZN (14.3709%) təşkil edib.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar 14.06.2017 (t+1) tarixində həyata keçiriləcəkdir. İstiqrazların ödəmə tarixi isə 11.06.2019-cu  ildir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7008
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287