BİRJA

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika
13 İYUN
331

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika

2017-06-13 15:28:00

Fins.az iyun ayının 13-nə “AzFinance Investisiya Şirkəti” tərəfindən hazırlanmış beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitikanı təqdim edir.

Beynəlxalq bazarlar
Əsas ABŞ indeksləri dünənki ticarət sessiyası nəticəsində düşüblər, enmə liderləri siyahısında ikinci sessiya ardıcıl olaraq - yüksək texnoloji indeks NASDAQ (-0,5%) yer alıb. Cümə axşamı bu indeks ilin əvvəlindən 21%-lik artım göstərib, lakin son iki ticarət günü nəticəsində sentyabr ayından sonra ən böyük azlama ilə yadda qalıb. Neftin qalxmasından sonra enerji istehsalçılarının səhmləridə bahalaşıb, bu bir qədər S&P 500 (-0,1%) itkilərini yumuşaldıb. Texnoloji şirkətlərin səhmləri Avropa ticarət meydanlarındada düşüb, onlarda həmçinin neqativ dinamika göstəriblər. Britaniya funtu parlament seçkilərinin nəticələrindən sonra düşməyə davam edib, səhər valyuta bir qədər stabilləşib. Qızıl və dollar FED-in iclası ərəfəsində xüsusi dinamika nümayiş etdirməyiblər. Səhərə yaxın high-tech sektorunda qlobal satışlar yavaşlayıb, Asiya indeksləri yaşıl zonada ticarət olunurlar.

Neft
Keçən həftə düşəndən sonra neft kotirovkaları OPEC+ iştirakçılarının şərhləri fonunda bir qədər qalxır: Rusiya və Səudiyyə Ərəbistanı bayən ediblər ki, ehtiyatlar azalır, hasilat həcmlərinin düşməsi güclənəcək və bazar müvazinətə gələcək. Amma, təkcə şifahi müdaxilələr çoxdandan bazar üçün kifayət deyil. Brentin barreli əvvəlki kimi 50$-dan aşağı ticarət olunur, hal-hazırda bir barrelin qiyməti 48,4$ (+0,4%) səviyyəsindədir.  

Beynəlxalq birjalarda ticarət etmək “AzFinance İnvestisiya Şirkəti” vasitəsi ilə mümkündür.

Telefon: (012) 310-33-30  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+25°C
  • $ USD
    1.7022
  • € EUR
    1.8999
  • ₽ RUB
    0.0285