BİRJA

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika
26 MAY
653

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika

2017-05-26 14:04:00

Fins.az “AzFinance Investisiya Şirkəti” tərəfindən hazırlanmış beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitikanı təqdim edir.

Beynəlxalq bazarlar

S&P 500 ardıcıl altı gün qalxır Best Buy Co. və PVH Corp. hesabatlarının gözləntilərdən daha yaxşı çıxması və Bloomberg-in istehlak inamı indeksinin müsbət olması fonunda. Dollar bir qədər güclənərək sabitləşib. Tokio, Sidney və Sinqapur ticarət meydanları mənfi dinamika göstəriblər enerji şirkətlərinin səhmlərinin neftin ardınca düşməsi nəticəsində. Çin yuanı güclənir hökümətin valyutanın spot-məzənnəsini manipulyasiya etməsi spekulyasiyalarında. Cənubi Koreyanın KOSPİ İndeksi (+0,6%) bir daha maksimumu yeniləyib. Avropa birjalarında bayrama görə aktivlik düşmüşdür, ticarət meydanların bəziləri bağlı olub. Britaniya funtu düşüb, baş nazir T.Meyin gələn ay keçiriləcək seçki ərəfəsində öz rəqibinə sorğu əsasında uduzduğu məlum olandan sonra və ölkənin ÜDM üzrə məyusedici statistikası çıxması nəticəsində funtun satışlarının artaması fonunda. ABŞ və Böyük Britaniyada bazar ertəsinə qədər uzun istirahət günləri olduğuna görə ticarət həcmləri aşağı ola bilər.

Neft

OPEC neft hasilatının azaldılması üzrə razılaşmanın doqquz aylıq uzaldılmasına qərar verib, 2018-ci ilin mart ayına qədər. Qərar investorları məyus edib: çoxları on iki aylıq prolonqasiyanı və hasilat həcmlərinin daha çox məhdudlaşdırılmasını gözləyirdi. İclas nəticəsində məlub olub ki, hasilat həcmlərinin daha sərt məhdudlaşdırılması müzakirə olunmayıb, on iki aylıq uzaldılması leyihinə yalnız İran çıxış edib, yeni istehsalçılar razılaşmaya qoşulmayıb, Liviya və Nigeriya üçün isə yenidən istisna olunacaq. Brentin kotirovkaları axşama doğru 3,5% itirərək enməni gücləndirib, səhər isə korreksiya olunur. Brentin barreli 51,7$ səviyyəsində ticarət olunur.

Beynəlxalq birjalarda ticarət etmək “AzFinance İnvestisiya Şirkəti” vasitəsi ilə mümkündür.

Telefon: (012) 310-33-30

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285