BİRJA

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika
25 MAY
472

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika

2017-05-25 14:07:00

Fins.az “AzFinance Investisiya Şirkəti” tərəfindən hazırlanmış beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitikanı təqdim etməyə davam edir.

Beynəlxalq bazarlar 

İnvestorlar dünən bütün günü FED-in iclasının protokolu gözləyiblər, amma yekunda ona ehtiyyatla reaksiya verdilər. Sənəd ABŞ tənzimləyicisi tərəfindən gələn ay faiz dərəcəsinin qalxması ehtimalını təsdiqlədi, lakin FED-in iyundan sonra planları o qədərdə aydın olmadı. Bunun fonunda dollar noyabr ayının minimularına qədər düşdü. FED-in əksər nümayəndələri əmindirlər ki, əgər ABŞ iqtisadiyyatı gözlənildiyi kimi inkişaf etsə, mərkəzi bank artıq cari ildə balansı azaltmağa başlaya biləcək. Amerika indeksləri bərpa olundu D.Trampın impiçmenti ola biləcəyi xəbərlərdən baş verən enmədən sonra. Asiya birjaları müsbət dinamika nümayiş edirlər. Shanghai Composite aprel ayindan ən çox artıb dövlət fondlarının bazar aktivliyi spekulyasiyaları nəticəsində. Cənubi Koreyanın KOSPİ İndeksi (+1,1%) maksimumları yeniləyib. Von valyutası bahalaşıb Cənubi Koreyanın mərkəzi bankının faiz dərəcəsini qorumasından sonra. Çin indeksləri dünən ölkənin suveren reytinqin azalması nəticəsində baş verən enməni bərpa etməyə başlayıblar.

Neft 

ABŞ-ın neft ehtiyatları məlumatları əhəmiyyətli azalmanı göstəriblər: xam neftin ehtiyatı yeddi həftə ardıcıl azalıb, bu dəfə 4,4 mln. barrel (1,8 dəfə proqnozdan daha çox). Lakin statistika göstərir ki, neft hasilatı həcmi 16 həftə ardıcıl qalxır, bu, öz növbəsində, dünən neftin qiymətlərini korreksiya olunmasına məcbur edib. Nəticədə kotirovkalar artımı bərpa edib, A.Novakın doqquz aylıq razılaşmasına daha üç əlavə ay daxil edilə biləcəyi bəyanatı bu artıma dəstək verib. OPEC-in bugünkü toplantısı diqqət mərkəzindədir.

Beynəlxalq birjalarda ticarət etmək “AzFinance İnvestisiya Şirkəti” vasitəsi ilə mümkündür.

Telefon: (012) 310-33-30

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285