BİRJA

Mərkəzi Bankın notlarına tələb artdı
11 YANVAR
356

Mərkəzi Bankın notlarına tələb artdı

2017-01-11 15:22:00

Mərkəzi Bankın notları  bu gün yanvarın 11-də Bakı Fond Birjasında dövlət qeydiyyatından keçib. Fins.az xəbər verir ki, qeydiyyata alınan notların ümumi həcmi 5 milyon manat, bir notun nominal dəyəri  100 manatdır.

Notların tədavül müddəti 28 gündür. Hərrac zamanı 2 investordan 2 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 10 milyon manat təşkil edib.

Sifarişlər 98.8475 manat (14.9906%) və 99.0749 manat (12.0052%) qiymətində təqdim edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7202
  • € EUR
    1.8529
  • ₽ RUB
    0.0298