BİRJA

Neft ucuzlaşmağa başlayır
09 YANVAR
725

Neft ucuzlaşmağa başlayır

2017-01-09 15:38:00

Qlobal bazarda neftin qiyməti İranın ixrac həcmini artırması və ABŞ-da aktiv neft quyularının sayının çoxalması xəbəri ilə düşməyə başlayıb. 

İran 2016-cı ilin son aylarında üzən neft anbarlarından uzun müddətdir saxladığı 13 mln. bareldən çox və ya 44% neftini ixrac edib. Bununla da İranın üzən neft anbarlarında ehtiyatları 16,4 mln. barelə enib. 

Bununla yanaşı, ABŞ-da 31 dekabr-6 yanvar hesabat həftəsində aktiv neft quyularının sayı 4 ədəd və ya 0,76% artaraq 529 ədədə çatıb. Qeyd edilir ki, ABŞ-da aktiv neft quyularının sayı ardıcıl 10 həftədir artır. İllik müqayisədə ABŞ-da aktiv neft quyularının sayı 13 ədəd və ya 2,5% artım göstərib.

"Report"un analitik qrupu neftin qiymətinin qısamüddətli perspektivdə 50 dollar/barelə qədər azalacağını proqnozlaşdırır. Hazırda "Brent" markalı neftin qiyməti keçən həftənin sonu ilə müqayisədə 1,7% azalaraq 56 dollar/barelə enib.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+1°C
  • $ USD
    1.7352
  • € EUR
    1.8522
  • ₽ RUB
    0.0301