BİRJA

Palata notları qeydə aldı
06 YANVAR
446

Palata notları qeydə aldı

2017-01-06 16:49:00

Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) Mərkəzi Bankın (MB) 2017-ci ildə emissiya ediləcək 2 600 000 ədəd qısamüddətli notlarının emissiya prospekti 53S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alıb. Palatadan fins.az-a verilən məlumata görə, notların hər birinin nominal dəyəri 100 manatdır.

Bundan əvvəl isə 2016-cı il dekabrın 30-da Palata MB-nin hər birinin nominal dəyəri 100 (yüz) manat olan 50 000 ədəd qısamüddətli notlarını da qeydiyyata alıb. Sözügedən notların tədavül müddəti 27 gündür. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9941
  • ₽ RUB
    0.0287