BİRJA

Mərkəzi Bankı yenə not yerləşdirəcək
06 YANVAR
315

Mərkəzi Bankı yenə not yerləşdirəcək

2017-01-06 16:02:00

Mərkəzi Bank (MB) 2017-ci il yanvarın 11-də Bakı Fond Birjasında 5 milyon manat məbləğində qısamüddətli notlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçirəcək. Fonddan fins.az-a verilən məlumata görə, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək həyata keçiriləcək.

Bir notun nominal dəyəri 100 manatdır. Notların tədafül müddəti isə  28 gün müəyyən edilib. 

MB qısa müddətli notların buraxılışı, yerləşdirilməsi və tədavülü haqqında qaydalara əsasən,  hərraclarda bank lisenziyasına malik olan hüquqi şəxslər iştirak edə bilər. Banklar birjada  BFB-nin üzvü olan investisiya şirkətləri vasitəsilə iştirak edə bilər

Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümümi sayı  (rəqabətli və qeyri-rəqabətli) 3-dən artıq olmamalıdır. Hərrac zamanı, notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7202
  • € EUR
    1.8529
  • ₽ RUB
    0.0298