BİRJA

Neft daha da bahalaşdı – QİYMƏT
02 DEKABR
2209

Neft daha da bahalaşdı – QİYMƏT

2016-12-02 04:47:00

Dünya birjalarında neft bahalaşmaqda davam edir. Brent markalı neftin 1 barelinin qiyməti 2015-ci ilin oktyabrın 9-dan bu vaxtadək ilk dəfə olaraq 54 dolları keçib.  

Fins.az-ın verdiyi xəbərə görə, saat 20.05-ə olan məlumata görə, Brent markalı neftin 1 barelinin dəyəri  3,99 faiz artaraq 53,92 dollar olub, bundan bir az əvvəl isə qiymət 54,02 dollaradək qalxmışdır. 

WTI neftinin yanvar füçersləri isə 3,90%  artaraq 1 barelə görə 51,37 dollar təşkil edib. 

Qeyd edək ki, neftin kəskin bahalaşmasına səbəb OPEK-ə üzv olan ölkələrin hasilat həcminin məhdudlaşdırılmasına dair qərar qəbul etməsi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274