BİRJA

Qlobal istiqraz bazarında böhran başladı
01 DEKABR
463

Qlobal istiqraz bazarında böhran başladı

2016-12-01 15:53:00

"Bloomberg Barclays Global Aggregate Total Return" indeksi noyabrda 4% geriləyib. Bu, 1990-cı ildən etibarən ən iri geriləmədir.

ABŞ-da iqtisadi artımın sürətlənməsi ilə bağlı gözləntilər və Donald Trampın prezident seçkilərində qələbə qazanması investorları illik gəlirliliyi rekord dərəcədə aşağı olan istiqrazlardan "canını qurtarmağa" və səhmlərə investisiya yatırmağa sövq edib.

Qlobal istiqraz bazarı noyabr ayı ərzində 1,7 trln. dollar itirib ki, bu da tarixi minimumdur. Buna baxmayaraq, dünya fond bazarlarının kapitallaşması ötən ay 635 mlrd. dollar artıb.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274