BİRJA

Dövlət qiymətli kağızlar bazarında canlanma – RƏSMİ AÇIQLAMA
01 DEKABR
200

Dövlət qiymətli kağızlar bazarında canlanma – RƏSMİ AÇIQLAMA

2016-12-01 09:31:00
2016-cı ilin yanvar-sentyabr ayları ərzində Bakı Fond Birjasında və birjadankənar bazarda keçirilən əməliyyatların ümumi həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 33% artaraq 11,877 milyard manat təşkil edib. Cari il ərzində qiymətli kağızların ilkin bazarı 6.4 dəfə artaraq 8,169 milyard manata çatıb. Ümumilikdə korporativ qiymətli kağızlar bazarı 2.6 dəfə, dövlət qiymətli kağızlar bazarı isə 19.2 dəfə artıb. Korporativ qiymətli kağızların təkrar bazarında və törəmə maliyyə alətləri bazarında müşahidə olunan neqativ trendin fonunda, dövlət qiymətli kağızları bazarında və korporativ qiymətli kağızların ilkin bazarında müşahidə edilən canlanma ümumi bazar həcminin artımına səbəb olub. 
Hesabat dövründə korporativ qiymətli kağızlarla birjada və birjadankənar bazarda bağlanmış əqdlərin ümumi həcmi 2.6 dəfə artaraq 8,287 milyard manata çatıb. Bu müddət ərzində korporativ qiymətli kağızların ilkin bazarı 6.2 dəfə artaraq 7,9 milyard manat olub. Buna baxmayaraq korporativ qiymətli kağızların təkrar bazarında geriləmə müşahidə olunmuş və bu alətlərlə təkrar bazar əməliyyatları 4.9 dəfə azalaraq 379 milyon manata düşüb. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274