BİRJA

Dövlət istiqarazlarına böyük tələb yaranıb
29 NOYABR
118

Dövlət istiqarazlarına böyük tələb yaranıb

2016-11-29 17:22:00

Bu gün  noyabrın 29-da Bakı Fond Birjasında Maliyyə Nazirliyi 20 milyon manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Fonddan fins.az-a verilən xəbərə görə, istiqrazların tədavül müddəti 182 gündür.  

Hərrac zamanı 7 investordan 14 sifariş daxil olub. Sifarişlərin nominal üzrə ümumi məbləği 35,011,500 manat təşkil edib.

Sifarişlər 90.9779 manat (19.9979%) və 92.6500 manat (15.9976%) qiymət intervalında təqdim edilib.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 91.5970 manat (18.4998%) orta ölçülmüş qiyməti 91.7602 AZN (18.1082%)  təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272