BİRJA

AİF-in istiqraz emissiyasının parametrləri açıqlanıb
23 NOYABR
118

AİF-in istiqraz emissiyasının parametrləri açıqlanıb

2016-11-23 11:13:00

 "Azərbaycan İpoteka Fondu" ASC-nin (AİF) yeni istiqraz emissiyasının parametrləri açıqlanıb. Bu barədə AİF-dən bildirilib.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının qeydə aldığı yeni emissiyanın prospektinə əsasən, dövriyyəyə hər birinin nominal dəyəri 1 000 manat olan 50 min ədəd sənədsiz, faizli, təmin edilmiş ipoteka istiqrazlarının buraxılması nəzərdə tutulub.

Məlumata görə, qiymətli kağızlar 3 600 gün (təxminən 10 il) müddətində dövriyyədə olacaq. Onların illik gəlirliliyi 3% təşkil edəcək. Faizlər 180 gündən bir ödəniləcək. Yerləşdirmənin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir.

"Milli valyuta ilə illik 3% gəlirlilik mövcud şəraitdə aşağı olsa da, düşünürük ki, istiqrazları rahatlıqla realizə etmək mümkün olacaq. Əvvəlki illərdə olduğu kimi hüquqi şəxslər - kommersiya bankları və sığorta şirkətləri onları alacaqlar. Bununla belə, fiziki şəxslərin də bu qiymətli kağızları əldə etməsinə heç bir məhdudiyyət olmayacaq ", - deyə Fonddan qeyd edilib. 

Mənbə:Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272