BİRJA

İstiqrazlar üçün növbə yaranıb
15 NOYABR
386

İstiqrazlar üçün növbə yaranıb

2016-11-15 16:01:00

Bu gün, noyabrın 15-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin buraxdığı 19 milyon manatlıq dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. 6 aylıq müddətə buraxılan istiqrazların hərracı zamanı 6 investor tərəfindən 15 sifariş təqdim olunub.Sifarişlərin nominal üzrə ümumi məbləği 33 milyon 380,3 min manat və ya emissiyadan 75% artıq olub. Nəticədə istiqrazlar tam həcmdə yerləşdirilib. 

Sifarişlər 90.9771 AZN (19.9999%) və 93.4747 AZN (14.0773%) qiymət intervalında təqdim edilib. 

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 91.8065 AZN (17.9974%) orta ölçülmüş qiyməti 92.7129 AZN (15.8499%)  təşkil edib.  İstiqrazların ödəmə tarixi  16.05.2017-cı  ildir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272