BİRJA

SOCAR istiqrazı axtaranlar üçün – İNANILMAZ QİYMƏT - TƏCİLİ
15 NOYABR
1034

SOCAR istiqrazı axtaranlar üçün – İNANILMAZ QİYMƏT - TƏCİLİ

2016-11-15 12:26:00

Azərbaycanda bir ay əvvəl buraxılmış SOCAR istiqrazları ilə bağlı inanılmaz qiymət təklifi qeydə alınıb.
Fond bazarındakı mənbələrdən fins.az-a verilən məlumata görə, investisiya şirkətlərinə SOCAR istiqrazlarının satışı ilə bağlı iki təklif daxil olub. Təkliflərin birində 1 milyon, digərində 1,5 milyon dollarlıq, yəni ümumilikdə 2,5 milyon dollarlıq istiqrazın satışı nəzərdə tutulur.

İnvestorları "şoka salan" təklif

Əslində təkrar bazarda dövriyədə olan istiqrazların alınıb-satılması adi haldır və bu gündəlik baş verir. İndiyədək olan dövrdə də təkrar bazarda 10 milyon dollarlıq istiqraz alınıb satılıb.
Amma budəfəki təkliflərin ən maraqlı cəhəti istiqrazların hansı qiymətə satılmsıdır. Belə ki, təkliflərin birində istiqrazlar 1007,8 dollardan, digərində isə 1010 dollardan satılır. Fond birjası ekspertlərinin fikrincə, bu indiyədək SOCAR istiqrazlarının qeydə alınan ən sərfəli satış qiymətidir.

5 aya 25 min dollar qazanc

Məsələ bundadır ki, istiqrazları bu qiymətə alan investorlar cəmi 2 aydan sonra SOCAR-dan istiqraz üzrə ilk faizlərini götürəcək. Faizlərin həcmi isə 1000 dollara görə 12,5 dollardır. Bu məbləğ alış qiymətini tamamilə üstələyir.
Xatırladaq ki, qiymətli kağızlar bazarına oktyabrın 17-də buraxılan SOCAR istiqrazları hazırda təkrar bazarda dövriyyədədir. İstiqrazların nominal qiyməti 1000 dollar, illik gəlirliyi isə 5%, yəni ildə 50 dollardır. Faizlər 3 aydan bir, yəni ildə 4 dəfə, hər dəfə 12,5 dollar olmaqla ödənilir. Faizlər üzrə birinci ödəniş (yəni ilk 12,5 dollar) yanvarın 16-da olacaq.

Başqa sözlə, hazırda təklif olunan istiqrazları alan alıcı, cəmi iki aydan sonra hər istiqraza görə, əlavə qazanc götürəcək. 100 min dollarlıq istiqraz alanlar üçün gəlir 470 dollar, 1 milyon dollarlıq istiqraz alanlar üçün 4700 dollar, 1,5 milyon dollarlıq istiqraz alanlar üçün isə gəlir 7 min dollardan artıq olacaq.

Müqavisə üçün bildirək ki, hazırda bazarda istiqrazın orta satış qiyməti 1018 dollardır. Göründüyü kimi, bu qiymət nəinki qarşıdakı faiz ödənişini, hətta təqribən onlan sonrakı 2 aylıq müddət üzrə gəlirləri də əhatə edir Belə vəziyyətdə 1007,8 və 1010 dollarlıq qiymətlər SOCAR istiqrazı axtaran və ya ümumiyyətlə sərfəli yatırım etmək istəyən investorlar üçün «göydəndüşmə»dir.

Əslində faizi alıb, sonra satmalı idi

Qeyd edək ki, qiymətləi kağızlar bazarında formalaşan ənənəyə görə, adətən istiqraz və səhmləri faizləri ödənildikdən sonra satışa çıxarırlar. Başqa sözlə, hazırda istiqrazlarını satan şəxslər üçün ən sərfəli variant, əslində faizlərini ödənilməsini gözləyib, sonra satmaq idi. Amma bildirilir ki, bu investorların xarci öhdəliklərinə əməl etmək üçün nağd vəsaitə ehtiyac olduğundan istiqrazların belə təcili satışı tələb olunub.

Məsələ bundadır ki, SOCAR istiqrazlarının birjada satış qiyməti orta hesabla 1018-1020 dollar arasında dəyişir. Amma bu nisbətən kiçik 10-20 min dollarlıq partiyalar üçündür. Bu dəfə satışa çıxarılan istiqrazların həcmi böyük olduğundan qiyməti də belə sərfəlidir.

Qeyd edək ki, əslində indi istiqrazları satan investorlar da ondan xeyli gəlir götürüb – 1000 dollara alınan istiqraz 1008- 1010 dollara satıldıqda hər istiqrazdan 10 dollar gəlir əldə edilir. Amma qeyd edildiyi kimi, faizləri gözləməklə daha böyük qazanc göürmək olardı. Həmin hissə istiqrazın yeni sahibinə çatacaq.

Məsələni, fins.az-a şərh edən fond bazarı ekspertləri bildirir ki, belə sərfəli təklifin bazarda uzun müddət qalacağı inandırıcı deyil. Ekspertlər bildirir ki, bazarı izləyən investorlar, o cümlədən xarici investorlar onları dərhal qiymətləndirəcəklər.

Dollarla birlikdə bahalaşan istiqraz

Məsələnin başqa tərəfi də var. Hazırda ölkədə dolların məzənnəsi davamlı olaraq artmaqdadır və ekspertlərin proqnozlarına görə, dolların məzənnəsinin hazırki 1,75 manatdan ilin sonunda 1,90-1,95 manata çatacağı gözlənilir. Belə vəziyyətdə dollarla olaq istiqrazlar vəsaitləri nəinki saxlamaq üçün, hətta artırmaq üçün əla variantdır. Çünki dollarla buraxıldığına görə, onunla birlikdə istiqrazlar da manat ifadəsində bahalaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272