BİRJA

Mərkəzi Bank yenə not buraxdı
14 NOYABR
1186

Mərkəzi Bank yenə not buraxdı

2016-11-14 16:15:00

2016-ci ilin 16noyabr tarixində BFB-də Azərbaycan Respublikasının Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Birjadan fins.az-a verilənməlumata görə, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək həyata keçiriləcək. Notların buraxılış parametrləri aşağıdakılardır: 

Dövlət qeydiyyat №-si

50100352S

Hərraca çıxarılan həcm

75  000 000 AZN

Bir notun nominal dəyəri

100 АZN

Notların tədavül müddəti

28  gün

Ödəmə tarixi

14 dekabr  2016-cü  il

AMB qısa müddətli notların buraxılışı, yerləşdirilməsi və tədavülü haqqında qaydalara əsasən hərraclarda bank lisenziyasına malik olan hüquqi şəxslər iştirak edə bilər. Banklar birjada  BFB-nin üzvü olan investisiya şirkətləri vasitəsilə iştirak edə bilər. Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümümi sayı  (rəqabətli və qeyri-rəqabətli) 3-dən artıq olmamalıdır. Hərrac zamanı, Notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir. Qeyd edək ki, AMB-nin bundan əvvəlki not buraxılışında notların heç də hamını yerləşdirilməmişdi. 75 milyon manatlıq not həxminə qarşı cəmi  26 milyonq manatlıq sifariş verilmişdi.   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271