BİRJA

SOCAR istiqrazlarının alış-satış qiyməti kəskin dəyişib
14 NOYABR
1606

SOCAR istiqrazlarının alış-satış qiyməti kəskin dəyişib

2016-11-14 15:32:00

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazları üzrə market-meyker fəaliyyəti göstərən "PSG Kapital İnvestisiya Şirkəti" QSC qiymətli kağızların alış qiymətini 0,42 dollar artırıb. Bu barədə Bakı Fond Birjasına istinadən xəbər verir.

Məlumata görə, hazırda SOCAR istiqrazları 1 007,56 dollardan alınır. İstiqrazların satış qiyməti isə kəskin azaldılıb. Hazırda SOCAR istiqrazları 1 018 dollardan satılır ki, bu da ötən həftənin sonu ilə müqayisədə 7 dollar azdır.

Bununla da "PSG Kapital" hər SOCAR istiqrazının alqı-satqısı üzrə gəlir marjasını 17,86 dollardan 10,44 dollara qədər azaldıb.

SOCAR istiqrazlarının təkrar bazarına oktyabrın 18-dən start verilib. Hazırda Şirkətin dövriyyədə hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 100 min istiqrazı var. SOCAR-ın gerialma zəmanəti verdiyi istiqrazlar 2021-ci ilə qədər tədavüldə olacaq. Onların illik gəlirliliyi 5%-dir. Faizlər 3 aydan bir ödənilir. 

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272