BİRJA

OPEK-in yeni qərarı nefti ucuzlaşdırdı
12 NOYABR
1161

OPEK-in yeni qərarı nefti ucuzlaşdırdı

2016-11-12 09:29:00

Dünya birjalarında neft ucuzlaşıb. Fins.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,25 dollar azalaraq 43,41 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1,09 dollar azalaraq 44,75 dollar olub.

Neftin ucuzlaşmasına OPEC-in neft hasilatı və tədarükü ilə bağlı məlumatlar səbəb olub. Belə ki, sentyabr ayı ilə müqayisədə OPEC ölkələri hasilatı gündəlik 230 min barel artıraraq gündəlik 33,83 mln. barelə çatdırıb. İllik müqatisədə isə OPEC ölkələrinin “qara qızıl” hasilatı 1,3 mln. barel artıb. 

 

 

Mənbə:APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272