BİRJA

Maliyyə Nazirliyi 19 milyonluq dövlət istiqrazı buraxacaq
11 NOYABR
144

Maliyyə Nazirliyi 19 milyonluq dövlət istiqrazı buraxacaq

2016-11-11 10:10:00

Maliyyə Nazirliyi noyabrın 11-də 19 mln. manat məbləğində dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirəcək. Fins.az-ın verdiyi xəbərə görə, bu barədə Bakı Fond Birjasından (BFB) məlumat yayıb.

Məlumatda bildirilib ki, hərraca 19 mln. manatlıq DQİ çıxarılacaq, istiqrazların tədavül müddəti 182 gün təşkil edəcək.

İstiqrazların ödənilmə tarixi 16 may 2017-ci ildir.

İstiqrazların yerləşdirilməsi üzrə anderrayter qismində “PAŞA Kapital” çıxış edəcək.

Maliyyə Nazirliyi 2016-cı ildə 800 mln. manat və $500 mln. məbləğində dövlət qısamüddətli və ortamüddətli istiqrazları yerləşdirməyi planlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272