BİRJA

SOCAR İstiqrazlarının təkrar bazarda ən böyük alqı-satqısı – BAŞ TUTUB
08 NOYABR
519

SOCAR İstiqrazlarının təkrar bazarda ən böyük alqı-satqısı – BAŞ TUTUB

2016-11-08 15:54:00

7 noyabr 2016 tarixində Bakı Fond Birjasında (BFB) SOCAR İstiqrazları üzrə 2 260 016.77 ABŞ dolları məbləğində 3 əqd bağlanıb. Bu barədə fins.az-a BFB-dən məlumat verilib.

Belə ki, əqdlərdən biri üzrə 1 024,82 dollardan 1122 ədəd istiqraz alğı-satqısı gerçəkləşib  və beləliklə, bu günə kimi istiqrazların təkrar bazarında ən yüksək alğı-satqı əməliyyatı baş tutub. Əməliyyatın ümumi dəyəri 1 149 848,00 dollar olub.

Qeyd edək ki, nominal dəyəri 1000 ABŞ dolları təşkil edən SOCAR İstiqrazlarının satışına cari ilin  20 sentyabr  tarixində başlanıb. Sifariş qəbulu 10 oktyabr tarixinədək davam edən və ümumi buraxılış məbləği 100 milyon ABŞ dolları olan istiqrazlara 203 milyon dollardan artıq tələb gəlib. 

SOCAR İstiqrazlarının  təkrar bazarda tədavülünə isə 18 oktyabr 2016 tarixində start verilib. Günü-gündən bahalaşan SOCAR İstiqrazlarına göstərilən tələb təkrar bazarda da yüksəkdir. Belə ki, BFB-də baş tutan alğı-satqı əməliyyatlarının ümumi məbləği 7  471 042,22 ABŞ dollarıdır. 

Xatırladaq ki, SOCAR İstiqrazları 2021-ci ilə qədər tədavüldə olacaq. Onların illik gəlirliliyi 5%-dir. Faizlər hər 3 aydan bir ödənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271