BİRJA

Dünya maliyyə bazarları ilə bağlı həftəlik – ANALİZ
07 NOYABR
242

Dünya maliyyə bazarları ilə bağlı həftəlik – ANALİZ

2016-11-07 09:47:00

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR

Keçən həftə FED-in faiz qərarını artırmaması avronun dollara nisbətən qiymətinin daha da bahalaşmasına səbəb olmuşdur. Artıq önəmli səviyyələrə kimi bahalaşan EUR/USD məzənnəsi cari həftənin çərşənbə axşamı ABŞ-da baş tutacaq prezident seçkiləri fonunda hərəkətsizdir və 1.1140$ ətrafında ticarət edilir. Növbəti istiqamətin müəyyənləşdirilməsi üçün prezident seçkilərinin nəticələrini gözləmək önəmlidir.

GBP

GBP/USD cütlüyünün məzənnəsi keçən həftə Böyük Britaniya Mərkəzi Bankının mətbuat konfransından sonra sürətlə bahalaşmağa başlayıb. InvestAZ analitiklərinin təhlilləri onu göstərir ki, artıq 1.2556$-a kimi dəyər qazanan funt sterlinqin qiyməti əlavə olaraq 1.2599 və 1.2653$-a kimi də bahalaşa bilər.

TRY

Dolların Türk lirəsinə nisbətən qiyməti tarixi rekord səviyyəsini yenidən 3.1737TL ilə yeniləyib. InvestAZ analitiklərinin fikrincə, qiymət gələn həftə ərzində 3.1787TL və 3.2182TL-ə kimi də dəyər qazana bilər.

OIL

Dünya əmtəə bazarlarında neft təklifinin yenidən qismən artması enerji bazarlarında qiymətlərə təzyiq olmağa başlayıb. Lakin qiymətlərin 45$-a kimi ucuzlaşması müvəqqəti qiymətləndirilir və tələbatın artması ilə gələcək həftələr ərzində 52$-a kimi bahalaşa biləcəyi proqnozlaşdırılır.

GOLD

Dünya qiymətli metallar birjalarında qızılın qiyməti bahalaşmaqda davam edir. 1308$-dək (41.9$/qram) bahalaşan qızılın bir unsiya üzrə qiyməti 1314$-a (42.1$/qram) kimi də bahalaşa biləcəyi gözlənilir.

Mənbə: İnvest.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272