BİRJA

SOCAR istiqrazlarına tələbat kəskin artıb – YENİ QİYMƏT
04 NOYABR
283

SOCAR istiqrazlarına tələbat kəskin artıb – YENİ QİYMƏT

2016-11-04 11:14:00

Bakı Fond Birjasında (BFB) SOCAR istiqrazlarına tələbat kəskin artıb. Bu barədə fins.az-a ölkənin fond bazarından bildirilib. Mənbənin məlumatına görə, hazırda çoxsaylı yerli və xarici investorlar SOCAR-ın dollarla buraxılan istiqrazlarını almaq üçün investisiya şirkətlərinə sifarişlər veriblər. Sifarişlərin artması səbəbindən istiqrazların alış qiyməti rekord həddə çatıb. Belə ki, SOCAR istiqrazlarının market meykeri olan PSG kapital investisiya şirkəti hazırda bu istiqrazları 1012 dollardan alır. Başqa sözlə, aldıqları istiqrazları satmaq istəyənlər isə onları azı 1012 ABŞ dolları qiymətinə marketmeyker «PSG Kapital»a sata bilərlər.

Xatırladaq ki, istiqrazın nominal qiyməti 1000 dollardır.

BFB-da istiqrazların satış qiyməti isə 1025 dollardır ki, bu da qiymətli kağızın yarım illik gəlirinə bərabərdir.
Qiymətlərin yüksəlməsi ilə paralel olaraq birjada onların alqı-satqıları da artmaqdadır. Son məlumata görə indiyədək 5 milyon dollardan artıq məğbləğdə istiqraz satılıb. Belə ki, 18 oktyabr – 2 noyabr 2016 tarixləri aralığında BFB-də SOCAR İstiqrazları üzrə 5 135 775.44 ABŞ dolları məbləğində alış-satış əməliyyatı baş tutub.

Xatırladaq ki, SOCAR İstiqrazları 2021-ci ilə qədər tədavüldə olacaq. İstiqrazların illik gəlirliliyi 5%-dir. Faizlər hər 3 aydan bir ödənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272