BİRJA

“Facebook”un səhmləri ucuzlaşıb
03 NOYABR
154

“Facebook”un səhmləri ucuzlaşıb

2016-11-03 10:26:00

“Facebook” sosial şəbəkəsinin səhmlərinin dəyəri aşağı düşüb.

Fins.az-ın verdiyi xəbərə görə, noyabrın 2-də ABŞ fond birjasının qapanmasından sonra “Facebook”un bir səhminin qiyməti 7,85% azalaraq 117,19 dollara düşüb. Səbəb şirkətin reklam gəlirlərinin artımının yavaşlayacağı barədə xəbərin yayılmasıdır.

Şirkətin maliyyə direktoru Devid Vener bildirib ki, istifadəçilərə göstərilən reklamların həcminin məhdudlaşdırılması nəticəsində bu sahədə gəlir artımı yavaşlayacaq. “Facebook” rəhbərliyi istifadəçiləri reklamlarla bezdirməməyə çalışır. Bundan başqa, şirkət gələn il böyük həcmli yatırımlar planlaşdırır ki, bu da xərclərin ciddi artımı deməkdir.  

Qeyd edək ki, “Facebook”un əsas gəlirləri reklamdan əldə olunur.

Mənbə: Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270