BİRJA

SOCAR istiqrazlarının qiymətində - REKORD YÜKSƏLİŞ
03 NOYABR
545

SOCAR istiqrazlarının qiymətində - REKORD YÜKSƏLİŞ

2016-11-03 10:20:00

Azərbaycanın fond bazarında Dövlət Neft Şirkətinin (SOCAR) istiqazları sürətlə bahalaşmaqdadır. Fins.az xəbər verir ki, bu barədə istiqrazların satıldığı Bakı Fond Birjasından (BFB) bildirilib.

Qeyd edək ki, SOCAR istiqrazlarının nominal dəyəri 1000 ABŞ dolları təşkil edir. Amma satışa buraxıldığı vaxtdan, yəni oktyabrın 18-dən etibarən istiqrazlar durmadan bahalaşır. Dünən, noyabrın 2-də BFB-də SOCAr istiqrazlarının həm alış, həm də satış qiyməti yüksəlib. Belə ki, SOCAR İstiqrazlarını əldə etmək istəyənlər üçün satış qiyməti 1017,08 ABŞ dollarından baş tutub. Bu da istiqrazların nominal dəyəri olan 1000 ABŞ dollarından ▲1.71%  yüksəkdir. Beləliklə, SOCAR İstiqrazları sahibinə ilk 3 ayın sonunda qazandıracağı 12,50 ABŞ dollarının üzərinə çıxaraq, 1017.08 dollardan satılıb.

İstiqrazların alış qiyməti isə 1004 dollara yüksəlib. SOCAR istiqrazlarının merket meykeri olan «RSG kapital» investisiya şirkəti bu istiqrazları nominaldan 4 dollar baha qiymətə almağa başlayb.

Noyabrın 3-də isə SOCAR istiqrazlarının qiymətində rekord artım baş verib. İstiqrazları almaq istəyənlər üçün satış qiyməti 1025 ABŞ dollarına yüksəlib.

Aldıqları istiqrazları satmaq istəyənlər isə onları azı 1010 ABŞ dolları qiymətinə marketmeyker «PSG Kapital»a sata bilərlər.

Artıq indiyədək 5 milyon dollardan artıq məğbləğdə istiqraz satılıb. Belə ki, 18 oktyabr – 2 noyabr  2016 tarixləri aralığında BFB-də SOCAR İstiqrazları üzrə 5 135 775.44 ABŞ dolları məbləğində alış-satış əməliyyatı baş tutub.

Xatırladaq ki,  SOCAR İstiqrazları 2021-ci ilə qədər tədavüldə olacaq. İstiqrazların illik gəlirliliyi 5%-dir. Faizlər hər 3 aydan bir ödənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274