BİRJA

Azərbaycanda 2 şirkətin səhmləri bahalaşıb
02 NOYABR
349

Azərbaycanda 2 şirkətin səhmləri bahalaşıb

2016-11-02 14:32:00

Noyabrın 1-də "Bakı Fond Birjası" QSC-də (BFB) "Savalan" ASC-nin səhmlərinin alqı-satqısı üzrə əqd bağlanılıb.

Məlumata görə, əqd müəssisənin 20 səhminin təkrar bazarda, alternativ seqmentdə realizə edilməsini nəzərdə tutur. Qiymətli kağızların nominal dəyəri 2 manat olsa da, onlar 43,5% baha - 2,87 manata alınıb-satılıb.

Ötən gün Birjada həmçinin "Dərnəgülsənayetikinti" ASC-nin 20 səhmi üzrə təkrar sövdələşmə qeydə alınıb. Bu müəssisənin səhmləri nominal dəyərindən 31,5% çox - 2,63 manata alternativ bazar seqmentində realizə olunub.

Xatırladaq ki, "Savalan" ASC 1998-ci ildə, "Dərnəgülsənayetikinti" ASC isə 2004-cü ildə yaradılıb. Səhmdar cəmiyyətlərin nizamnamə kapitalı müvafiq olaraq 2 416 824 manat və 756 038 manatdır. 

Mənbə: report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272