BİRJA

SOCAR istiqrazları daha 2 dollar bahalaşıb
02 NOYABR
361

SOCAR istiqrazları daha 2 dollar bahalaşıb

2016-11-02 12:00:00

Bakı Fond Birjasında (BFB) satışda olan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarının qiyməti sürətlə artmaqdadır Fins.az birjaya istinadən bildirir ki, istiqrazların market-meykeri kimi çıxış edən «PSG Kapital» investisiya şirkəti istiqrazların alış qiyməti növbəti dəfə artırıb. Noyabrın 2-də SOCAR istiqrazlarının alış qiyməti 1004,08 dollara çatıb ki, bu da bir gün əvvəlkindən 2 dollardan da çox artıqdır.   

Başqa sözlə, SOCAR istiqrazlarının sahibləri hər hansı səbəbdən onu satmaq istəsələr, onları ən azı 1004 dollara «PSG kapital»a satıb gəlir əldə edə bilərlər.   

İstiqrazların satış qiyməti də həmin sürətlə olmasa da bahalaşır. Hazırda BFB-də SOCAR istiqrazlarını 1017,08 dollara almaq olar. Dünən isə bu qiymət 1016,94 dollar idi. Başqa sözlə, vaxtilə istiqrazları almayan, amma indi bu fikrə düşənlər istiqrazları 1000 dollar yox, 1017 dollara ala bilərlər. 

Hərçənd bu variant da sərfəlidir, çünki istiqrazlar illik 5%-lə buraxılıb, və gəlir faizləri hər 3 aydan bir ödəniləcək. İlk ödəniş (hər istiqraza görə 12,5 dollar olmaqda) yanvarın 17-də həyata keçiriləcək. Başqa sözlə, SOCAR istiqrazlarını hətta hazırki qiymətlə almaq da investorlar üçün sərfəlidir.  

Xatırladaq ki, SOCAR istiqrazlarının təkrar bazarına oktyabrın 18-dən start verilib. Hazırda Şirkətin dövriyyədə hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 100 min istiqrazı var. SOCAR-ın gerialma zəmanəti verdiyi istiqrazlar 2021-ci ilə qədər tədavüldə olacaq. Onların illik gəlirliliyi 5%-dir. Faizlər 3 aydan bir ödənilir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275