BİRJA

Maliyyə Nazirliyinin istiqrazları bir anda satılıb
01 NOYABR
639

Maliyyə Nazirliyinin istiqrazları bir anda satılıb

2016-11-01 16:33:00
Noyabrın 1-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 22 milyon manat həcmində qısa müddətli istiqrazları yerləşdirilib. BFB-dən fins.az-a verilən məlumataa görə, istiqrazlar manatla buraxılıb, onların tədavül müddəti 91 gün təşkil edir.
Hərrac zamanı 8 investor tərəfindən 14 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 63 milyon 266,1 min manat və ya istiqrazların özünün həcmindən təqribən 3 dəfə artıq olub.
Sifarişlər 94.8700 AZN (21.9900%) və 96.4500 AZN (14.9680%) qiymət intervalında təqdim edilib.
Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 95.5375 AZN (18.9951%) orta ölçülmüş qiyməti 95.66160 (18.44290 %)  təşkil edib. Bağlanılmış əqdlər üzrə hesablaşmalar 02.11.2016 (t+1) tarixində həyata keçiriləcək.
İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi  22 000 000  AZN təşkil edilmişdir.  
İstiqrazların ödəmə tarixi  31.01.2017-cı  ildir.
İstiqrazların tədavül müddəti –  91 gündür.
Xatırladaq ki, kredit bazarında gərginlik (problemli kreditlər) artdıqca, ölkə bankları vəsaitlərini saxlamaq üçün dövlət tərəfindən  buraxılan qiymətloi kağızlara getdikcə daha  böyük maraq göstərirlər. Bu özünü həm Maliyyə Nazirliyinin istiqrazlarında, həm də Azərbaycan Mərkəzi Bankının depozit hərraclarında daha qabarıq göstərib.   
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274