BİRJA

Razilaşmasalar, neft 40 dollar olacaq – AÇIQLAMA
01 NOYABR
706

Razilaşmasalar, neft 40 dollar olacaq – AÇIQLAMA

2016-11-01 09:48:00

"OPEC hasilatın dondurulması ilə bağlı razılığa gələ bilməzsə, neftin qiyməti 40 dollara qədər ucuzlaşa bilər". Bunu "Goldman Sachs Group Inc." investisiya bankının ekspertləri bildirib.

Bankın analitikləri oktyabrın 31-də hazırladıqları hesabatda OPEC ölkələrinin noyabr ayındakı görüşündə razılığın əldə edilməsi ehtimalının getdikcə sıfıra yaxınlaşdığı qeyd olunub: "Hasilat kvotalarının tətbiq edilməsi müddətində hər hansı irəliləyişin olmaması və OPEC üzvləri arasında getdikcə artan narazılıq noyabrın 30-da razılığın əldə olunması ehtimalını azaldır. OPEC bütün üzvləri razı salacaq anlaşma əldə edə bilməzsə, neftin qiyməti 40 dollara yaxın səviyyəyə qədər azalacaq".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275