BİRJA

Mərkəzi Bank manatı belə qoruyacaq
31 OKTYABR
2581

Mərkəzi Bank manatı belə qoruyacaq

2016-10-31 16:19:00

Noyabrın 2-də Bakı Fond Birjasında (BFB) Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Birjadan fins.az-a verilən məlumata görə, hərrac zamanı BFB-nin ticarət reqlamentinə uyğun olaraq sifarişlər saat 11:00-dan 12:30-dək toplanacaq.

Notların buraxılış parametrləri aşağıdakılardır: 

Dövlət qeydiyyat №-si

50100152S

Hərraca çıxarılan həcm

50  000 000 AZN

Bir notun nominal dəyəri

100 АZN

Notların tədavül müddəti

28  gün

Ödəmə tarixi

30 noyabr  2016-cü  il

ARMB qısa müddətli notların buraxılışı, yerləşdirilməsi və tədavülü haqqında qaydalara əsasən hərraclarda bank lisenziyasına malik olan hüquqi şəxslər iştirak edə bilər. Banklar birjada  BFB-nin üzvü olan investisiya şirkətləri vasitəsilə iştirak edə bilər

Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümümi sayı  (rəqabətli və qeyri-rəqabətli) 3-dən artıq olmamalıdır.

Hərrac zamanı, Notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275