BİRJA

Neft Fondu riskli səhmlərə investisiyanı 25%-dək artıracaq
31 OKTYABR
173

Neft Fondu riskli səhmlərə investisiyanı 25%-dək artıracaq

2016-10-31 09:07:00

Dövlət Neft Fondu (ARDNF) özəl səhmdar kapitalı daxil olmaqla, daha riskli səhmlərə investisiya portfelini 25%-dək artırmağı planlaşdırır. Bu barədə fondun icramçı direktorunun müavini İsrafil Məmmədov “Nikkei Asian Review” saytına müsahibəsində bildirib.

“ARDNF-nin akrivləri $33,7 mlrd. təşkil edir (2016-cı il iyun ayının sonuna - İF), bunun təxminən 80%-i istiqrazlar və qısamüddətli maliyyə aklətlərinin payına düşür. Fond investisiya portfelini riskli qiymətli kağızlara, həmçinin s\hmdar kapitalını 15%-dən 25%-dək artırmağı planlaşdırır”, - deyə İ.Məmmədov vurğulayıb.

Onun sözlərinə görə, ARDNF xaricdə daşınmaz əmlak alışına investisiya portfelini 5,5%-dən 10%-dək artırmağı planlaşdırır.

İ.Məmmədov əlavə edib ki, 2015-ci ildə Fond “Orix” şirkətindən 52,3 mlrd. yenə (cari məzənnə ilə ($496 mln.) Tokioda “Kirarito Ginzaв” ticarət mərkəzi əldə edib. “O cümlədən, Fond Yaponiyada daşınmaz əmlakın inkişafında iştirak edən fondlara, həmçinin şəhərin ayrı-ayrı yerlərində logistik komplekslər və daşınmaz əmlaka sərmayə yatırır”, - deyə o bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272