BİRJA

SOCAR istiqrazlarının BFB-də satışı başlanıb – İLK MÜQAVİLƏLƏR
27 OKTYABR
437

SOCAR istiqrazlarının BFB-də satışı başlanıb – İLK MÜQAVİLƏLƏR

2016-10-27 17:36:00

Oktyabrın 27-də Bakı Fond Birjasının (BFB) ticarət sistemində 150 ədəd SOCAR İstiqrazı üzrə 151 500.00 ABŞ dolları həcmində əqd bağlanıb. İstiqrazların satış qiyməti nominal qiymətdən ▲1.00 % artım göstərərək, 1 010.00 ABŞ dolları qiymətindən baş tutub. Qeyd edək ki, SOCAR İstiqrazları üzrə dünən BFB-də 1 001.25 ABŞ dolları qiyməti ilə 3 000 746.40 ABŞ dolları həcmində tədavül əməliyyatı gerçəkləşdirilib.

Hal-hazırda SOCAR İstiqrazları ticarət sistemində market-meykerin satış qiyməti olan 1 016.39 ABŞ dolarından satılır. Bu sifarişlə yanaşı, digər ticarət iştirakçıları da öz alış-satış sifarişlərini yerləşdirirlər. 

BFB qaydalarına uyğun olaraq, qiymətlər uzlaşarsa, əqd baş tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272