BİRJA

Rusiya neftin ucuzlaşmasına "hasilatı dondurmaq” ideyası ilə cavab verdi
27 OKTYABR
213

Rusiya neftin ucuzlaşmasına "hasilatı dondurmaq” ideyası ilə cavab verdi

2016-10-27 16:46:00

Rusiya xam neft hasilatını “dondurmağı” düşünə bilər.

Bunu Neft İxrac edən Ölkələr Təşkilatındakı (OPEC) Rusiyanın daimi nümayəndəsi Vladimir Voronkov deyib.

O bildirib ki, neft bazarında sabitliyin təmin olunması məqsədi daşıyan müzakirələrin mövcud mərhələsində Rusiya hasilatını məqbul səviyyədə “dondurmaq” variantı üzərində dayanır. Rəsmi Moskva məsləhətləşmələr zamanı öz mövqeyini dəyişdirə bilər və neft hasilatını “dondurmağı” müzakirəyə aça bilər.

“Hazırda neft hasilatını “dondurmaq” ideyasının məqbul bir yanaşma olduğunu düşünmürük. İstehsalın müəyyən səviyyədə məhdudlaşdırılması və ya azaldılması ilə neft bazarındakı tarazlığın pilləli şəkildə təmin edilməsinə ehtiyac olduğunu düşünürük. Lakin bu yanaşma da müəyyən müddətdən sonra dəyişə bilər”, - deyə Vladimir Voronkov əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272