BİRJA

Kapital Bazarları Həftəsi – MASTERCLASS
24 OKTYABR
305

Kapital Bazarları Həftəsi – MASTERCLASS

2016-10-24 17:03:00

Bakı Fond Birjası “Bilik mübadiləsi proqramı” çərçivəsində Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə Bazarı üzrə Təlim və Maarifləndirmə Mərkəzinin dəstəyi ilə “Kapital Bazarları Həftəsi” adı altında master-klass təlimlərinə start verib.

Təlimlərin məqsədi tələbələrə Kapital bazarlarına dair BFB-nin topladığı zəngin praktiki biliklərin tədris olunmasıdır. 5 gün davam edəcək master-klass təlimlərində, BFB-nin mütəxəssisləri Kapital Bazarlarına aid müxtəlif mövzularda: “Azərbaycan Kapital Bazarı”, “Kapital Bazarları alətləri və ticarətin təşkili” “Kapital Bazarlarının imkanları”, “Fond Birjasında Listinq”, “Qiymətli kağızları kütləvi ticarət olunan Şirkət Olmağın Üstünlükləri”, “IPO”, “İnvestisiya Qərarlarında Mühasibat Uçotunun Rolu”, “Kapital Bazarlarında ticarət (simulyasiya oyunu)” mövzularında öz bilik və təcrübələrini təlim iştirakçıları ilə bölüşəcəklər. Təlimlər 28 oktyabr 2016-cı il tarixinədək davam edəcək.

Təlimin ilk günündə Vüqar Namazov “Azərbaycan Kapital Bazarı” və BFB-nin Ticarət və Üzvlük Qrupunun rəhbəri Rəxşəndə Əlili  “Kapital Bazarları alətləri və ticarətin təşkili” mövzularında master-klass mühazirəsi ilə çıxış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272