BİRJA

Avro dollar qarşısında ucuzlaşır
24 OKTYABR
323

Avro dollar qarşısında ucuzlaşır

2016-10-24 09:46:00

Bu gün dünya valyuta birjalarında güclü hərəkəliliyə səbəb ola biləcək hadisələr gözlənilməsə də, keçən həftə müşahidə olunan tendensiya bazar ertəsi də davam edə bilər. Son günlərin tendensiyalarına görə isə dolların dünya birjalarında qiyməti FED-in faiz artımı gözləntiləri fonunda bahalaşır, Avronun qiyməti isə Avropa Mərkəzi Bankının yumşaq monetar siyasəti ilə ucuzlaşır.

Dünya birjalarında EUR/USD cütlüyünün məzənnəsi ucuzlaşmaqda davam edir. Artıq 1.0862$-a kimi ucuzlaşan məzənnə, əlavə olaraq 1.0813 və 1.0750$-a kimi də ucuzlaşa bilər.

Bu gün Bakı vaxtı ilə saat 11:30-da Almaniyanın oktyabr ayı üzrə sənaye istehsalında biznes aktivliyi indeksinin ilkin hesablanmasında isə güclü dəyişiklik gözlənilmir.

Mənbə: Investaz.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272