BİRJA

Bir işçi öz bankına 100 milyon dolları - NECƏ QAZANDIRDI?
24 OKTYABR
1155

Bir işçi öz bankına 100 milyon dolları - NECƏ QAZANDIRDI?

2016-10-24 00:14:00

Uoll-Stritin böyük bankları maliyyə bazarlarında ticarət apardığı və risklərə getdiyi köhnə vaxtlarına qayıdır. “Goldman Sachs”-ın treydiri “zibil istiqrazları” üzrə ticarət həyata keçirərək 100 milyon dollardan çox pul qazanıb. Bu maraqlı nəticədir, çünki reallığımızın yeni qaydaları Uoll-striti riskləri azaltmağa məcbur edir.

Həmin treyder Tom Malafront, yüksəkgəlirli istiqrazlar üzrə ticarət bankının bölmə icraedici-direktoru vəzifəsində çalışır. Yanvardan başlayaraq o, dəyəri milyardlarla dollar olan yüksəkriskli korporativ istiqrazları satın alaraq, onları qiymətləri tədricən artdıqca yenidən satırdı.

Bunu Uoll-stritin böyük banklarının maliyyə bazarlarında ticarət apardığı və risklərə getdiyi köhnə vaxtların qayıtdığı kimi qiymətləndirmək olarmı? Maliyyə böhranından sonra bu cürə davranış çox nadirdir. Bundan əlavə maliyyə sistemini yaxşılaşdırmaq məqsədilə Konqressin bank sahəsi üzrə qəbul etdiyi yeni qaydalar banklara rezervlərinin həcmini artırmaqla öz pullarını riskə atmağı qadağan edib.

Uoll-strit bu qaydalara satış bölmələrinin bağlanması və istiqrazlar kimi qiymətli kağızlarda öhdəliklərinin azaldılması ilə cavab verib. Hökumət banklara marketmeykerlər (satıcı ilə alıcı arasında vasitəçi) qismində maliyyə bazarında ticarət aparmağa icazə verdilər. Tənzimləyicilərin tələblərinə uyğun olaraq artıq banklar balanslarındakı istiqrazlar və digər qiymətli kağızların miqdarının "qısamüddətli tələbatı ödəmək üçün” lazım olan həcmdən çox olmamasına nəzarət etməlidir.
Marketmeyker timsalında çıxış edən Malafront istiqrazlardan canını qurtarmaq istəyən müştərilərdən onları satın alır və daha sonra istiqraz əldə etmək istəyən investorlara onları daha yüksək qiymətə yenidən satırdı. Nəticədə alış-veriş zamanı arada yaranmış fərq “Goldman”-nın cibinə gedirdi.

Harvard Universitetinin hüquqşünaslıq fakültəsinin professoru Hel Skotun sözlərinə görə,

müştərinin ehtiyaclarını ödəyən və ya bankın şəxsi maraqlarına cavab verən əməliyyatlar arasında aydın fərqi qeyd etmək çox çətindir, hətta mümkünsüzdür.

Bir müddət öncə Konqress professoru bank sənayesini tənzimləyəcək yeni qaydalar üzərində işləmək üçün dəvət etmişdir. Skot deyir ki, “İndiyə qədər heç kəs investorların marağlarına cavab verən ticarətlə, şəxsi maraqlara cavab verən ticarət arasında aydın bir xətt, fərq müəyyən edə bilməyib”. 

Yeni qaydaların tənqidçiləri iddia edirlər ki, qaydalar Uoll-stritin böyük banklarının qeyri-müəyyənlik dövründə istiqrazlar bazarını dəstəkləmək imkanını məhdudlaşdırır. Tom Malafront məsələsi bankların rolu haqqında müzakirə mərkəzinə çevrilib.

Bir tərəfdən banklar göstərməyə çalışırlar ki, onlar üçün müştərilərinin maraqları daha vacibdir, digər tərəfdən isə daima azalmaqda olan gəlir əldə etmək imkanlarından maksimum yararlanmağa çalışırlar.

Çərşənbə axşamı “Goldman Sachs” III kvartalın sonuna dair hesabat təqdim etdi. İnvestorların gözlədiyi kimi hesabatda müsbət nəticələr açıqlandı. Digər iri bankların ticarət bölmələrinin nəticələri də nikbinlik yaradır. “Goldman”-nın mətbuat katibi Malafrontun apardığı əməliyyatların təfərrüatlarını açıqlamaqdan imtina edib, lakin bildirib ki, “Biz kredit bazarlarında öz əməliyyatlarımızı genişləndirmək istiqamətində davamlı fəaliyyət həyata keçiririk. Yenə də əsas məqsədimiz müştərilərimizin müxtəlif ehtiyaclarını qarşılamaqdan ibarətdir”.

Bazarda qeyri-sabitlik olanda gəlir əldə etmək imkanı bankı stimullaşdıran güclü amillərdən biridir. Onların istiqrazlara olan tələbatı qiymətin böyüməsinə əks təsir göstərir.

Bu gün Uoll-stritin keçmişə nisbətən manevr etmək üçün daha az imkanları var. Gözəçarpan gəlir və ya itkilər ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) və digər tənzimləyici qurumlar tərəfindən tez-tez xoşagəlməz suallar yaradır.
Bundan əlavə “Goldman” öz treyderləri üçün risk limitləri müəyyən edir. Bu limitləri yalnız müəyyən bazar şərtləri zamanı, rəhbərlik və risk-menecerlərinin razılığı nəticəsində keçmək olar.
Tənzimləyici qurumların Tom Malafrontun əməliyyatı ilə maraqlandığı və eyni zamanda bu əməliyyatın risk tələblərinə cavab verib-vermədiyi hal – hazırda məlum deyil. Malafrontun keçmiş həmkarı Ceff Bal deyir ki, “Risk etməyi bacaran, təcrübəli treyderlərə hər zaman tələbat var”.

Tom Malafront azalmaqda olan bank treyderləri dəstəsindədir. 2013-cü ildə “Goldman”-a gələnə qədər o, “Blue Mountain Capital Management” hec-fondunda və “Credit Suisse” bankında işləyib. Malafront yalnız kredit qabiliyyəti müsbət olan şirkətlərin investisiya dərəcəli istiqrazları üzrə ticarətdə ixtitsaslaşıb.

Şirkət kredit qabiliyyətini itirdikdə onun istiqrazları yüksəkriskli və ya “zibil” kateqoriyasında düşür.

Bu gün bankların daha az riskli əməliyyatları üzərinə götürməsi və tədricən qiymətli kağızlar üzrə ticarətdən imtina etməsinə baxmayaraq, daha az likvidli bazarlarda işin təşkili üçün klassik treyder-mütəxəssislərinə hələdə tələbat var.
Həmsöhbətimiz Ceff Bal “Goldman”-nın yüksəkgəlirli istiqrazları üzrə ticarət şöbəsinə rəhbərlik edirdi. Atasının “Bahl & Gaynor Investment Counsel” maliyyə şirkətində işə başlamamışdan öncə o, Tom Malafrontla birgə çalışırdı. Balın sözlərinə görə:
“Tom riskləri öz üzərinə götürməyi bacarır. İstənilən qeyri-şəffaf bazarda məsələn zibil istiqrazlar bazarında təcrübəli treyderlər hər zaman yüksək qiymətləndirilir”.
Malafront işini bu ilin əvvəlində reytinqlərinin azalması ilə qarşılaşmış, iki dağ-mədən şirkətinin “Freeport-McMoRan” və “Teck Resources” istiqrazlarının satın alınması ilə başladı. Bundan əlavə o, “Toys «R» Us Gymboree”-ın borc öhdəliklərini və bir neçə digər şirkətin istiqrazlarını da alırdı. Bütün bunlar investorların riskə maraqlanrının 2016-cı ildə kəskin azalması fonunda baş verirdi. O vaxt ABŞ və Çinin iqtisadi artım templərinin yavaşlaması ilə əlaqədar qlobal bazarlarda xammal qiymətlərinin düşməsi və faiz dərəcələrində qeyri-müəyyənliklə bağlı bəzi narahatlıqlar var idi.

2022-ci ildə ödəmə tarixli “Freeport” istiqrazları yanvarın 28-də $1 nominal dəyəri $0,4 düşdü. Nəticədə “Moody's Investors Service” agentliyi şirkətin reytinqini “zibil” statusuna qədər saldı. Martın sonuna qədər həmin kağızlar $0,7 bahalaşdı bu həftə isə onların dəyəri artıq $0,9 çatdı.

Ayrı–ayrı günlərdə Malafrontun əməliyyatlarına bəzi kağızlar üzrə ümumi ticarətin üçdə bir həcmi düşürdü.
İstiqrazların bir hissəsi neftin qiyməti artdıqca və müsbət iqtisadi statistikalar dərc olunduqca sutka ərzində yenidən satışa çıxarılırdı. Digər hallarda “Goldman” istiqrazları həftələrlə öz əlində saxlayırdı. İyunun sonuna qədər bu strategiya əsasında Malafrontun gəlirləri 100 milyon dolları aşdı.
Bütün iri banklar kimi bu gün “Goldman” böhrana qədər olan müddətə nisbətən daha konservativ mövqe tutub. Günün yekunlarında treyderlərin itkilərini müəyyənləşdirmək üçün maliyyə şirkətləri risk dəyər ölçüsü (value-at-risk) sistemindən istifadə edirlər. 2016-cı ilin I kvartalında “Goldman”-da onun orta həcmi 72 milyon dollar, II kvartalında isə 62 milyon təşkil etdi. 2007-ci ildə böhran başlamamışdan öncə onun həcmi 120 milyon dollardan çox idi.
“Goldman”-nın hesabatlarına görə I kvartalın 3 günündə, birgə səylər nəticəsində treyderlər banka 100 milyon dollardan çox pul qazandırdılar. “Skylands Capital” hec-fondunun aparıcı treyderi Tomas Herden deyir ki, “Bu bizim son 3 ildə müşahidə etdiyimiz hər bir şeyə ziddir”.

Tom Malafrontun əməliyyatları “Goldman”-nın qiymətli kağızlar bazarında uğursuz ticarət tarixində nadir müsbət hal oldu.

İlin birinci yarısının yekunlarında bankın qiymətli kağızlar üzrə ticarət bölməsinin sabit gəlir, valyuta və xammallar (FICC) nisbətinə gəliri keçən ilin analoji müddətində 4.74 milyard dollardan 3.59 milyard dollara düşüb. III kvartalda FICC nəticələri bir qədər yaxşılaşaraq 34% 1.96 milyard dollar qədərində artdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275