BİRJA

Birjada SOCAR istiqrazlarının alış və satış qiyməti artdı – KOTİROVKALAR
21 OKTYABR
325

Birjada SOCAR istiqrazlarının alış və satış qiyməti artdı – KOTİROVKALAR

2016-10-21 12:24:00

Bir qədər əvvəl dövriyyəyə buraxılmış SOCAR istiqrazlarının sahibləri öz kağızlarının gəlirliyi və likvidliyindən razı qala bilərlər. Fins.az-ın məlumatına görə, Bakı Fond Birjasında (BFb) SOCAR istiqrazlarının həm alış, həm də satış qiymətləri artıb.

Bu gün – oktyabrın 21-ə açıqlanan kotirovkalara görə, SOCAR istiqrazlarının sahibləri onu 1000.45 dollara sata bilərlər. İstiqrazları almaq istəyənlər isə 1015 dollar xərcləməli olacaqlar. Qeyd edək ki, SOCAR istiqrazları 1000 dollarlıq nominalda, illik 5% gəlirliklə buraxılıb. Yəni bu kağızları alanlar ilin sonunda hər min dollara görə 50 dollar qazana biləcəklər. Amma istiqrazların 1000 dollara satışı ilkin bazarda olub ki, bu proses də oktyabrın 10-da başa çatıb. İndi isə istiqrazlar təkrar bazarda 1015 dolara satılır.

Sadə hesablamalar göstərir ki, bazardakı vəziyyəti nəzərə alanda istiqrazları hətta 1015 dollardan almaq da  sərfəlidir. Çünki belə halda istiqrazın yeni sahibi ilin sonunadək hər istiqrazdan 35 dollar olmaqla illik 3,5% qazanc əldə edəcək, növbəti 4 il ərzində isə (SOCAR istiqrazları 5 illiyə buraxılıb) istiqraz sahibinin kağızdan əldə edəcəyi gəlir elan olunduğu kimi 5% təşkil edəcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275