BİRJA

Sizə bir günlüyə pul lazımdır? - REPO üzrə – TƏQDİMAT
20 OKTYABR
441

Sizə bir günlüyə pul lazımdır? - REPO üzrə – TƏQDİMAT

2016-10-20 11:00:00

Bakı Fond birjasında repo  əməliyyatları aparmaq üçün ümumi həmi 955  milyon manatolan 61 alət mövcuddur. Fins.az xəbər verir ki, bu barədə «BFB-də likvidlik alətləri: REPO»  işgüzvr forumunda  Bakı Fond Birjasının idarə heyəti sədrinin müavin Vüqar Namazov bildirib. Adı çəkilən forum Bakı Fond Birjasında repo əməliyatları sahəsində baş verən yeniliklər və bazar iştirakıçıları üçün nəzərdə tutulan əlavə imkanlara həsr olunub.

Qeyd edək ki, repo əməliyyatları qiyməli kağızlar bazarında qısa müddətli likvidlik cəlb etmək üçün istifadə olunur. Sadə desək, vəsaitə ehtiyac olan şirkətlər əllərindəki qiymətli kağızları bir neçə günlüyə digər tərəfə sataraq bazardan onlara lazım olan vəsaitləri cəlb edirlər. Sonra isə bu vəsaitləri geri qaytararaq  kağızlarını geri alırlar. Bu əməliyyat girovla pul cəlb etməyə bənzəsə də əslində qiymətli kağzlar bazarı sahəsindəki qanunvericiliklə tənzimlənir və BFB-də avtomatik baş verir.

Repo əməliyyatlarının üstünlüklərindən danışan V.Namazov bildirib ki, bu üsul təcili olaraq qısa müddətli vəsaitlərin cəlb edilməsi üçün çox sərfəlidir. Burada xidmət haqqı da çox aşağıdır və əməliyyatın mində bir faizi həcmindədir.

BFB sədrinin mavini bildirib ki, hazırda bazarda repo əməliyyatları üçün böyük həcmdə alətlər var ki, onların ümumi həcmi 1 milyvrd manat yaxın yəni təqribən 955 milyon manatdır.   Bunların 266 milyon manatı Dövlət İstiqrazları, 335 milyon manatı İpoteka Fondunun istiqrazları, 110 milyon korporativ istiqrazlar, 45 milyon manatı səhmlər və s-dir. 

Bildirilib ki, repo əməliyatlarından istənilən şirkət və fiziki şəxslər istifadə edə bilərlər.

Forumda bazar iştirakıçılarına repo əməliyatları ilə bağlı nəzərdə tutulan yeniliklər və bu sahədəki normativlər barədə geniş məlumat verilib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272