BİRJA

Qiymətli kağızlar haqqında dövlət proqramı dəyişdi-SƏRƏNCAM
18 OKTYABR
525

Qiymətli kağızlar haqqında dövlət proqramı dəyişdi-SƏRƏNCAM

2016-10-18 18:31:00

Prezident İlham Əliyev“2011─2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramı”nda dəyişikliklər edilməsi haqqında sərəncam imzalayıb. Fins.az xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1284-IVQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 may tarixli 1504 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 5, maddə 409; 2014, № 5, maddə 477, № 9, maddə 1027; Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 avqust tarixli 1023 nömrəli, 7 sentyabr tarixli 1033 nömrəli fərmanları) ilə təsdiq edilmiş “2011─2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 3.2-ci bəndin birinci abzasının birinci cümləsindən “, aktivlərin idarəedilməsi şirkətlərinin” sözləri çıxarılsın və ikinci cümlədə “broker, diler” sözləri “əsas və yardımçı investisiya xidmətləri (əməliyyatları)” sözləri ilə əvəz edilsin.

2. 5-ci hissə üzrə:

2.1. 1.9-cu bəndin “Tədbirin adı” sütununda “Bazarın peşəkar iştirakçılarının” sözləri “Bazarda lisenziyalaşdırılan şəxslərin” sözləri ilə əvəz edilsin;

2.2. 6.3-cü bəndin “Tədbirin adı” sütununda “Qiymətli kağızlar bazarının peşəkar iştirakçıları” sözləri “Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər” sözləri ilə əvəz edilsin.

 İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 oktyabr 2016-cı il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270