BİRJA

SOCAR istiqrazları ilə Repo əməliyyatlarına start verilir
18 OKTYABR
304

SOCAR istiqrazları ilə Repo əməliyyatlarına start verilir

2016-10-18 17:58:00

Bakı Fond Birjasında (BFB) SOCAR istiqrazları ilə repo əməliyyatlarına başlanıb. Birjadan fins.az-a verilən məlumata görə, SOCAR istiqrazları (ISIN AZ2001019895) BFB-də REPO predmeti siyahısına əlavə edilib. Bu o deməkdir ki, istiqrazların BFB-də təkrar bazar ticarəti ilə bərabər, onlarla REPO əməliyytaları da həyata keçirmək mümkündür.

Qeyd edək ki, REPO predmeti olaraq yüksək likvidli, market meykeri olan lətlər seçilir. SOCAR istiqrazlarının market-meykeri qismində “PSG Kapital İnvestisiya Şirkəti” QSC iştirak edir və SOCAR istiqrazlara geriyə alış təminatı verir.

SOCAR istiqrazlarının REPO təminat əmsalı Milli Depozit Mərkəzi ilə razılaşdırılaraq 5% təyin edilib. Xatırladaq ki, REPO institutsional investorlara qısamüddətli likvidliyin idarə olunması məqsədi ilə, repo predmeti müqabilində vəsit cəlb etmək/yerləşdirmək imkanı verən alətdir.

Repo predmeti olan bütün alətlərin siyahısı BFB-nin internet saytının qayda və təlimatlar bölməsində yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275