BİRJA

SOCAR prezidenti: «İstiqraz alanların 90%i fiziki şəxslər oldu»
18 OKTYABR
220

SOCAR prezidenti: «İstiqraz alanların 90%i fiziki şəxslər oldu»

2016-10-18 10:07:00

SOCAR istiqrazları artıq bu gündən gəlir gətirməyə başlayır – istiqrazın üzərinə faizlər bu gündən etibarən hesablanır. Fins.az-ın məlumatına görə, bu barədə SOCAR prezidenti Rövnəq Abdullayev Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarının satışının yekunlaşması və təkrar bazarda satışına başlanmasına həsr olunmuş mətbuat konfransında bildirib.

İstiqrazların buraxılmasındakı dəstəyə görə, əlaqədar qurumlara təşəkkürünü bildirən Rövnəq Abdullayev qeyd edib ki, Emissiya Prospektində olduğu kimi, satışlarda üstünlük fiziki şəxslərə verilib: «Sifarişlərin 90%-i fiziki şəxslərdən, cəmi 10%-i isə hüquqi şəxslər və banklardan gəlib».

SOCAR prezidenti deyib ki, artıq ikinci faza – təkrar bazar başlayır. Bu gündən 2021-ci ilədək bu istiqrazlar dövriyyədə olacaq. SOCAR-ın təyin etdiyi market meyker istənilən fiziki və hüquqi şəxsə istiqrazları dərhal almaq imkanı  yaradacaq: «Yəni artıq 1 saatdan sonra istənilən istiqraz sahibi aldığı ismtiqrazı sata bilər. Amma mən məsləhət görməzdim, çünki onlar 3 ay gözləyib faizlərini əldə edə bilərlər. Hətta bu gün ə istiqrazları gəlirlə satmaq mümkündür». 

Ən əsası, SOCAR prezidentinin sözlərinə görə, istiqrazları almış fiziki və hüquqi şəxslər artıq bu gündən onu istənilən şəxsə, o cümlədən xaricilərə də sata bilərlər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275