BİRJA

"İnvest-AZ İnvestisiya Şirkəti" əməliyyatları dayandırıb-AÇIQLAMA
10 OKTYABR
458

"İnvest-AZ İnvestisiya Şirkəti" əməliyyatları dayandırıb-AÇIQLAMA

2016-10-10 20:45:00

Azərbaycanın investisiya şirkətlərindən biri - "İnvest-AZ İnvestisiya Şirkəti" QSC 4 aydır "Bakı Fond Birjası" QSC-də (BFB) əməliyyat aparmır. Fins. az xəbər verir ki, BFB-dən şirkətin sonuncu dəfə müştərilərinə bu ilin may ayında xidmət göstərdiyi bildirilib.

Həmin ay onun dövlət və korporativ qiymətli kağızlar bazarı sektorunda (repo əməliyyatları istisna olmaqla) həyata keçirdiyi əməliyyatların dəyəri 15 347 manat olub. Bundan sonra "İnvest-AZ" fəaliyyətinə fasilə verib və iyun, iyul, avqust və sentyabr aylarında fond bazarında yalnız digər 4 şirkət ("Kapital Menecment İnvestisiya Şirkəti" ASC, "Unicapital İnvestisiya Şirkəti" ASC, "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC və "Azfinance İnvestisiya Şirkəti" QSC") təmsil olunub. 

Maliyyə Bazarlarına Nəzarət Palatasından lisenziya almış "PSG-Kapital İnvestisiya Şirkəti" QSC isə qiymətli kağızlar bazarında əməliyyatlara bu aydan başlayıb. Şirkət Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) buraxdığı istiqrazlar üzrə anderrayter fəaliyyəti ilə məşğuldur.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271