BİRJA

“Brent” neftinin qiyməti 53 dolları ötüb
10 OKTYABR
501

“Brent” neftinin qiyməti 53 dolları ötüb

2016-10-10 19:33:00

“Brent” markalı neftin bir barrelinin qiyməti 53 dolları ötüb. “Brent” nefti sonuncu dəfə keçən il oktyabrın 12-də 53,31 dollara satılıb.

Fins.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 53,29 dollara, “Layt” markalı neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 51,20 dollara satılır.

Analitiklər neftin qiymətinin bahalaşmasına səbəb kimi, İstanbulda keçirilən Dünya Enerji Konqresində neft hasilatçısı ölkələrin rəsmilərinin istehsalın məhdudlaşdırılması ilə bağlı səsləndirdiyi müsbət açıqlamaları göstərirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272